Reklam
Vakıf Katılım
Tarih : 2020-07-16 12:33:00

Ötən gün 555 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 15-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 15-i saat 00:00-dan iyulun 16-sı saat 00:00-dək olan müddətdə nəqliyyat vasitələri ilə hərəkətdə olan 489 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 66 nəfər olmaqla ümumilikdə 555 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Bu müddətdə Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 40-ı rayon, 45-i paytaxt istiqamətinə olmaqla 85, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 25-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 65, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 250-i rayon, 130-u paytaxt istiqamətinə olmaqla 380 avtomobil geri qaytarılıb. Ümumilikdə 530 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.


Hibya Haber Ajansı

© Copyright 2024 avrupanews.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.