Reklam
Vakıf Katılım
Tarih : 2020-07-20 09:00:00

AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib

İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.

AZAL-dan Xbr.az-a bildirilib ki, 197 nəfər Azərbaycan vətəndaşı Rusiya paytaxtından Bakıya gətirilib.

Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 avrupanews.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.